Super Liqa klubunda yeni müqavilə
01.06.2020 , 17:25

“Yeni Malatyaspor”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub futbolçusu Gökhan Töre ilə sözləşmənin müddətini artırıb. Futbolçuyla yeni müqavilənin müddəti 2021-ci ilin yayına qədərdir.
Gökhan Töre bu mövsüm “Yeni Malatyaspor”da 21 oyuna çıxıb, 2 qola imza atıb.
