Super Liqa klubunda yeni futbolçu
01.01.2021 , 10:51

“Alanyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kayserispor”la yollarını ayıran Hasan Hüseyin Acarı transfer edib.
Bu barədə Alanya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.
