Super Liqa klubunda yeni baş məşqçi
26.03.2022 , 16:23
“Altay”ın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Sinan Kaloğlu çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türk mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.
O, bu postda bir neçə gün əvvəl istefa verən Serkan Özbaltanı əvəzləyib.