Super Liqa klubunda yeni baş məşqçi
13.10.2025 , 11:15
“Kayserispor” yeni baş məşqçisini açıqlayıb.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı Monteneqro əsilli çalışdırıcı Radomir Caloviçə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Caloviç son olaraq Sloveniyanın “Maribor” klubunda çalışıb.
Qeyd edək ki, “Kayserispor” əvvəlki baş məşqçi Markus Gisdolla yollarını ayırmışdı.