Super Liqa klubunda yeni baş məşqçi
20.08.2020 , 20:26

“Yeni Malatyaspor”un baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Hamza Hamzaoğlu çalışdıracaq. O, bu postda Hikmət Karamanı əvəzləyib.
Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Hamza Hamzaoğlu son mövsümdə “Gənclərbirliyi”ni çalışdırıb.
