Super Liqa klubunda yeni baş məşqçi
17.10.2023 , 21:40

“Pendikspor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
“Pendikspor”u İvo Vieyra çalışdıracaq. 47 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
O, bu vəzifədə Osman Özköylünü əvəz edib.
