Super Liqa klubunda baş məşqçi istefası
11.01.2021 , 16:54
“Göztəpə”nin baş məşqçisi İlhan Palut istefa verib.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İlhan Palut bir il idi İzmir klubuna rəhbərlik edirdi.
Qeyd edək ki, “Göztəpə” 18 turdan sonra 19 xalla 14-cü pillədə qərarlaşıb.