Super Liqa klubunda baş məşqçi istefası
19.04.2023 , 21:02

“Ümraniyəspor” komandasının baş məşqçisi Recep Uçar istefa verib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstefaya komandanın uğursuz çıxışı səbəb olub.
Hazırda “Ümraniyəspor” 23 xalla 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.
