Super Liqa klubunda baş məşqçi istefası
19.02.2022 , 17:35

“Rizespor”un baş məşqçisi Hamza Hamzaoğlu istefa verib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssis Super Liqanın 26-cı turunda “Başakşehir”ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra vəzifəsindən ayrılmaq qərarına gəlib.
