Super Liqa klubunda baş məşqçi ayrılığı
03.11.2020 , 17:08

“Kasımpaşa” baş məşqçisi Mehmet Altıparmakla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Ayrılığa klubla baş məşqçi arasında fikir ayrılığı səbəb olub.
Qeyd edək ki, Mehmet Altıparmak bu mövsümün əvvəlindən “Kasımpaşa”nı çalışdırırdı.
