Super Liqa klubunda 2 itki
03.01.2025 , 18:00
“Fənərbağçaa” Türkiyə Super Liqasının 17-ci turu çərçivəsində doğma meydanda “Hatayspor”la qarşılaşacaq.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi matça ciddi itkilərlə çıxacaq.
Müdafiəçi Samet Akaydınla yarımmüdafiəçi İsmail Yüksek zədələnib. Hər iki futbolçu çempionat oyununda komandaya kömək edə bilməyəcək.
“Fənərbağça” – “Hatayspor” qarşılaşması 5 yanvar tarixində Bakı vaxtilə saat 20:00-da start götürəcək.