Super Liqa klubuna şad xəbər
24.04.2024 , 22:00

Super Liqanın 34-cü turunda “Fənərbağça” ilə qarşılaşacaq “Beşiktaş” hazırlıqlara başlayıb.
Korner.az xəbər verir ki, klubun zədəli olan futbolçusu Semih Kılıçsoy komandanın məşqində iştirak edib.
Oyunçunun “Fənərbağça” ilə görüşdə meydanda olacağı gözlənilir.
Qeyd edək ki, “Fənərbağça” – “Beşiktaş” matçı aprelin 27-də baş tutacaq.
