Super Liqa klubu onlarla davam edəcək
27.06.2023 , 18:34

“Ankaragücü” iki futbolçusu ilə müqavilənin müddətini artırıb.
Korner.az xəbər verir ki, klub – müdafiəçilər Uroş Radakoviç və Stelios Kitsiu yeni sözləşmə imzalayıb.
Müqaviləyə əsasən futbolçular 2023/2024 mövsümündə də bu komandanın uğurları üçün çalışmağa davam edəcəklər.
