Super Liqa klubu legionerini göndərdi
18.01.2021 , 16:31

“Yeni Malatyaspor” legioneri Kristian Kueva ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Kueva 2020-ci ilin avqustundan “Yeni Malatyaspor”da çıxış edirdi.
