Super Liqa klubu baş məşqçisini göndərdi
24.02.2021 , 12:49

“Kayserispor” baş məşqçisi Dan Petrekcu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Mütəxəssisin ailəvi məsələlərlə bağlı komandadan ayrılmaq istədiyi və buna görə də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Qeyd edək ki, Petresku “Kayserispor”u bu ilin yanvarındn çalışdırırdı.
