Super Liqa klubu baş məşqçisini göndərdi
22.02.2021 , 18:56

“Yeni Malatyaspor” baş məşqçisi Hamza Hamzaoğlu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Hamza Hamzaoğlu və onun köməkçiləri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Hamza Hamzaoğlu ötən ildən “Yeni Malatyaspor”u çalışdırırdı.
