Super Liqa klubu baş məşqçisini göndərdi
30.11.2020 , 18:46

“Ərzurumspor” baş məşqçisi Mehmet Özdilek istefaya göndərilib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Super Liqanın 10-cu turunda “Antalyaspor”la 2:2 hesablı bərabərliyə razılaşan komanda cari mövsümdə cəmi 9 xal toplayıb və 21 kollektiv arasında 17-cidir.
Qeyd edək ki, Mehmet Özdilek “Ərzurumspor”u bu ilin mart ayından etibarən çalışdırırdı.
