Super Liqa klubu baş məşqçisini göndərdi
23.11.2020 , 18:37

“Ankaragücü” klubu baş məşqçisi Fuat Çapa ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
52 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Klub rəhbərliyi Super Liqanın IX turunda səfərdə “Göztepe”yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra belə bir qərar qəbul edib.
