“Sumqayıt”la “Zirə” cərimələndi
24.11.2020 , 15:59

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının X turu ilə bağlı qərarlar verilib.
“Qarabağ” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Keşlə” oyununda meydan sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
