AFFA-nın təşkil etdiyi U-16 Liqasında növbəti turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, “Sumqayıt” Futbol Klubunun 16 yaşadək futbolçulardan ibarət komandası “Kapital Bank Arena”da “Qəbələ” ilə heç-heçə edib (1:1).
“Kimyaçılar”dan yeganə qolu Sənan Əsədov vurub.
