Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində doğma arenada “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir.
Korner.az-ın məlumatına görə, növbəti məşqini keçirən komandanın heyətində zədəli futbolçu yer almır. Zədəsini sağaltmış Şəhriyar Xəlilov və Andrey Popoviç artıq tam sağalıb və kollektivlə birlikdə çalışır.
Milli komandanın düşərgəsində olan Məhəmməd Qurbanov və U-21-in heyətində yer alan Tərlan Əhmədli və Şahrudin Məhəmmədəliyev hazırlıqlara nisbətən gec qoşulacaq.
