“Sumqayıt”ın yeni transferi
11.08.2019 , 15:23

“Sumqayıt” heyətini daha bir futbolçuyla gücləndirib.
Korner.az xəbər verir ki, klub əslən cənubi azərbaycanlı olan hücumçu Mehdi Şərifi ilə 2 illik müqavilə imzalayıb. Güneyli soydaş “Sumqayıt”ın heyətində 70 nömrəli formada çıxış edəcək.
Mehdi Şərifi karyerası ərzində “Sepahan” (74 oyun, 27 qol), “Traktorsazi” (37 oyun, 4 qol) və son olaraq isə “Perspolis” (4 oyun) klublarının şərəfini qoruyub. 26 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).
