2017/2018 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb.
Korner.az-ın məlumatına görə, “kimyaçılar” ötən mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Rəşad Eyyubovla güclənib.
24 yaşlı futbolçu komandayla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olan Rəşad Eyyubov mütəmadi olaraq, Azərbaycanın U-17, U-19, U-21 və A milli komandalarının şərəfini qoruyub.
