Futbol

“Sumqayıt”ın sadiq azarkeşi vəfat etdi

28.07.2020 , 17:04

“Sumqayıt”ın sadiq azarkeşlərindən Azad Məmmədov dünyasını dəyişib.

Korner.az xəbər verir ki, yerli publikanın “Azad dayı” kimi tanıdığı fanat 70 yaşında insultdan rəhmətə gedib.

11 gün xəstəxanada yatan Məmmədovun ən böyük arzusu “Sumqayıt”ın avrokubok oyununu görmək idi. Klub Avropa Liqasına vəsiqə qazansa da, qocaman azarkeş bunu görə bilmədi.

Allah rəhmət eləsin!

Son yazılar

Yuxarı