“Sumqayıt”ın səbəti bilindi, “Neftçi” üçün 37 potensial rəqib
24.07.2020 , 14:12

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sumqayıt”ın hansı səbətdə yer alacağı dəqiqləşib.
Korner.az-ın məlumatına görə, “səpələnməmişlər” səbətində qərarlaşan “Sumqayıt” ilk raundda daha çətin rəqiblər üz-üzə gələ bilər.
Daha öncədən digər təmsilçimiz “Neftçi”nin səpələnmişlər səbətində yer alacağı bəlli idi. Paytaxt klubunun potensial rəqiblərindən biri də müəyyənləşib. Rumıniya təmsilçisi “Botoşani” 1-ci təsnifat mərhələsində “Neftçi”yə rəqib ola bilər.
Səbəti müəyyənləşməyən yeganə klub isə “Keşlə”dir.
Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.
Səpələnmişlər
“Neftçi” (Azərbaycan), APOEL (Kipr), “Partizan” (Serbiya), “Styaua” (Rumıniya), “Maribor” (Sloveniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Rusenborq” (Norveç), “Apollon” (Kipr), “Fehervar” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), TNS (Uels), “Dinamo” (Minsk, Belarus), “Lex” (Polşa), “Aberdin” (Şotlandiya), “Jrinski” (Bosniya və Herseqovina), “Alaşkert” (Ermənistan)*, “Kayrat” (Qazaxıstan), “Jalgiris” (Vilnüs, Litva), “Motervell” (Şotlandiya), “Kukesi” (Albaniya), “Vaduts” (Lixtenşteyn), “Valletta” (Malta), “Ventspils” (Latviya), “Olimpiya” (Sloveniya), “Topola” (Serbiya), “Nomme Kalyu” (Estoniya), “Şaxtyor” (Belarus), “Hammarbü” (İsveç), “Hafnarfyordur” (İslandiya), “Bodo-Qlimt” (Norveç), “Riterlay” (Litva), “Proqress” (Lüksemburq), ÇSKA (Sofiya, Bolqarıstan), “Sutyeska” (Monteneqro), “Honved” (Macarıstan), “Makkabi” (Hayfa, İsrail), ”Beytar” (İsrail), “Ordabası” (Qazaxıstan), “Şemrok Rovers” (İrlandiya)
Səpələnməmişlər
“Sumqayıt” (Azərbaycan), “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Slaviya” (Bolqarıstan), “Botoşani” (Rumıniya), “Pyast” (Polşa), “Levadiya” (Estoniya), “Hibernians” (Malta), “Dunayska Streda” (Slovakiya), “Rujomberok” (Slovakiya), “Jilina” (Slovakiya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Laçi” (Albaniya), “Mura” (Sloveniya), “Puşkaş Akademi” (Macarıstan), “Saburtalo” (Gürcüstan), “Şkupi” (Şimali Makedoniya), “Petrokub” (Moldova), “Union” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Jalgiris” (Kauno, Litva), “Riqa” (Latviya), “Valmieras” (Latviya), “Noa” (Ermənistan)*, “Şirak” (Ermənistan)*, “Renova” (Şimali Makedoniya), “Boraç” (Bosniya və Herseqovina), “Sfantul Qeorqe” (Moldova), “Dinamo-Avto” (Moldova), “Bohemians” (İrlandiya), “Derri Siti” (İrlandiya), “İnter” (Finlandiya), “İlves” (Finlandiya), “Honka” (Finlandiya), “Breydablik” (İslandiya), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Lokomotivi” (Gürcüstan), “Sirens” (Malta), “Vikinqur” (İslandiya), “Payde” (Estoniya)
