“Sumqayıt”ın Rusiya klubu ilə oyununun vaxtı bilindi
16.01.2023 , 14:40

“Sumqayıt” Antalya toplanışında son yoxlama oyununu Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” komandasına qarşı keçirəcək.
Korner.az xəbər verir ki, klubun mətbuat xidməti görüşün vaxtını açıqlayıb.
Yanvarın 17-də keçiriləcək matç Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Antalyada Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.
