“Sumqayıt”ın rəqibləri bilindi
09.01.2020 , 16:34

“Sumqayıt” artıq yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.
Korner.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 10-dək ölkə daxilində keçəcək.
“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək. Komanda təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək.
“Sumqayıt” qonşu ölkədə 3 yoxlama oyunundə qüvvəsini sınayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın “Kaposvar”, 17-də Rumıniyanın “Politexnika İaşi”, 21-də isə Polşanın “Arka” klubları ilə qarşılaşacaq.
