“Sumqayıt”ın Polşa klubu ilə oyununun vaxtı
21.01.2020 , 10:16

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, komanda Polşa təmsilçisi “Arka” ilə qarşılaşacaq. Bələk bölgəsində yerləşən “Topkapı” otelinin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 16:30-da start götürəcək.
