“Sumqayıt”ın Polşa klubu ilə matçının saatı açıqlandı
20.01.2020 , 22:13

“Sumqayıt” Antalyada sabah növbəti yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Polşa təmsilçisi “Arka” ilə qarşılaşacaq.
Bələk bölgəsində yerləşən “Topkapı” otelinin stadionunda keçiriləcək matç yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 16:30) start götürəcək.
