“Sumqayıt”ın oyunu yarımçıq dayandırıldı
26.01.2019 , 13:45

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt”ın Almaniya Regional Liqası təmsilçisi “Optik”lə oyunu yarımçıq dayandırılıb.
Kəskin hava şəraiti ilə əlaqədar görüşün ikinci hissəsi keçirilməyib.
Qeyd edək ki, matçın ilk yarısı Almaniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
