Topaz Premyer Liqasının 2014/15 mövsümünə hazırlaşan “Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb. Korner.az-ın məlumatına görə, son olaraq “Rəvan”da çıxış etmiş Kamil Nurəhmədov Sumqayıt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
23 yaşlı futbolçu “Sumqayıt” da “11” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2011/12 mövsümündə “Sumqayıt”da çıxış etmiş Kamil Nurəhmədov həmin birincilikdə bütün oyunlarda meydana çıxmaqla komandada ən çox matç keçirmiş futbolçu adına sahib çıxıb. Bundan başqa, Nurəhmədov həmin mövsüm 4 qol vurmaqla II ən sərrast futbolçu olub.
