"Sumqayıt" klubunun əvəzedici komandası çempionatın ikinci mərhələsi üçün hazırlığını davam etdirir.
Korner.az-ın məlumatına görə, Vaqif Paşayevin komandası sabah növbəti yoxlama oyununa çıxacaq. Komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:00-da "Xəzər Lənkəran"ın əvəzedicilərini sınağa çəkəcək.
