“Sumqayıt”ın növbəti rəqibi məlum oldu
10.01.2023 , 13:18

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın daha bir rəqibi məlum olub.
Korner.az xəbər verir ki, “kimyaçılar” Rusiyanın “Krılya Sovetov” klubu ilə qarşılaşacaq. Bu barədə Samara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Görüş yanvarın 17-də olacaq.
Türkiyədə 2 sınaq matçı keçirəcək “Sumqayıt”ın ilk rəqibi isə Macarıstanın “Mezekeveşd” klubu olacaq. Oyun yanvarın 12-də olacaq.
