big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

“Sumqayıt”ın MŞ-si: Uğursuz model, “yoxa çıxan” üzv və… – (BİRİNCİ YAZI)

13.06.2016 , 13:45

Ötən yazılarımızda qeyd etmişdik, AFFA İcraiyyə Komitəsinin klublarda idarə heyəti (Müşahidə Şurası) yaratmaq barədə 2013-cü ilin avqustunda verdiyi qərara ilk əməl edən klub “Sumqayıt” olmuşdu. Özü də çox yox, 45-cə gün sonra. Nümunə olmalı idi Azərbaycana gətirilən yeni idarəçilik forması ilə. Ola bildimi? Beləliklə, tanıyaq bu klubun MŞ üzvlərini, fəaliyyətləri ilə yaxından tanış edək sizi də.

Nələr aldın, nələr verdin bu şəhərə?
2010-cu ildə “Sumqayıt Şəhər” adı ilə yaradılan və Birinci divizionda üçüncü pilləni tutmasına rəğmən Premyer Liqaya çıxmasına şərait yaradılan klub “Azərkimya” İstehsalat Birliyi ilə sponsorluq müqaviləsi imzalamış və AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı Kamran Quliyev prezident postuna oturdulmuşdu. 5 illik Premyer Liqa macərasının Sumqayıtın itirilmiş futbol şəhəri imicini nəinki geri qaytara bilmədi, əksinə, bir qədər də aşağı saldı.Bu illər ərzində klubun gənclər şəhərinə qazandırdığı yeganə şey 1300 nəfər tutumlu yeni stadion oldusa, 15000 azarkeş tutumlu əfsanəvi Mehdi Hüseynzadə adına stadion unuduldu, xarabazara çevrildi. Nəticədə komandanın ev oyunlarına maraq 10 dəfə azaldıldı və budur, son mövsümün rəsmi statistikası: komandanın ev oyunlarının izlənmə rekordu vur-tut 2000 nəfərdir (2 noyabr 2015-ci ildə “Neftçi”yə 1:2, 6 fevral 2016-cı ildə “Zirə”yə 0:2 hesabı ilə uduzulmuş oyunlarda). Əlavə şərhə gərək varmı?
  
Kimdir de-fakto?
2013-cü il sentyabrın 27-də “Sumqayıt”ın prezidenti Kamran Quliyev klubun yeni stadionunda mətbuat konfransı keçirərək həm Müşahidə Şurasının yaradıldığını elan edib Şuranın tərkibini açıqlamış, həm də Şuranın yeni idarəetmə strukturundakı yeri və funksiyaları haqda danışmışdı: “Müşahidə Şurasına dəvət alan şəxslər birbaşa klubun təsisçiləri tərəfindən işə dəvət olunur. Şuranın əsas vəzifəsi ictimai iş olaraq klubun rəhbərini seçmək və ya işdən azad etmək, rəhbərliyə müəyyən təklif və tövsiyələr vermək, klubun idarəetmə işinə nəzarət etmək, əlaqələri genişləndirmək, kluba yeni investitsiyalar cəlb etmək və s. ibarət olacaq”. Amma zaman göstərdi ki, bütün bunlar göstəriş naminə atılan addımlardır və baş katib “təcrübə dovşanı” seçimində yanılıb. Müşahidə Şurası bu klubda hələ də “kölgə”də qalmaqdadır və Muxtar Babayev bu klubun de-fakto rəhbəri olmaqda davam edir. Bunu klubun rəsmi saytındakı “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının tərkibi” başlığındakı sıralama da göstərir:

Muxtar Babayev – “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, millət vəkili
Hacı Salayev – Millət vəkili
Elgin Həbibullayev – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini
Vaqif Ömərov – “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri
Mürsəl Rüstəmov – “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri
Telman Salahov – Əməkdar məşqçi, SSRİ idman ustası, futbol veteranı
Abdulla Məmmədov – Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi

Tanıtım
Əvvəlcə onu deyək ki, Müşahidə Şurasının 7 üzvündən yalnız 2 nəfərin futbolla və ümumiyyətlə, idmanla bağlılığı olub – Telman Salahov və sədr Abdulla Məmmədov. Beləliklə, klubun düzdüyü ardıcıllıqla Müşahidə Şurasının üzvlərinin tanıtımı…

Muxtar Babayev:  1967-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda, ali təhsilini isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində alıb. Bundan başqa, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb. 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis,2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb. 2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür, Milli Məclisinə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən 2010 və 2015-ci illərdə millət vəkili seçilib. 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalıyla təltif olunub. AFFA-nın Apellyasiya Arbitraj Tribunalının sədridir. Futbol sahəsində xüsusi fəallığı ilə seçilmir. Klubun əsas himayədarı olduğu üçün de-fakto rəhbər hesab edilir.

Hacı Salayev: 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. 1975-1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1985-ci ildən Azərbaycan Dövlət İdman Komitəsi “İdman” İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb, sonradan əmtəəşünas və iqtisadçı vəzifələrində çalışıb. 1991-1996-ci illərdə Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat birliyinin “Şəbəkə” filialının direktoru vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olub. Xidmət müddətində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək yüksəlib. Ehtiyatda olan polkovnikdir. Ehtiyata buraxıldıqdan sonra “TRUST” Mühafizə Şirkətinin Baş direktoru, İdarə Heyətinin sədri vəzifəsində, sonra isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində işləyib. Heç bir partiyanın üzvü deyil. 2010 və 2015-ci illərdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsi ndən deputat seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Milli Məclisin Bolqarıstan, Estoniya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qrupunun üzvüdür. 2012-ci ildən Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr qrupunun rəhbəridir. 2011-ci ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini seçilib və hal-hazıradək həmin vəzifəni tutur. 2015-ci ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Şurası tərəfindən “Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə” Medalı ilə (Медаль «За укрепление парламентского сотрудничнства») təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır. Mətbuatda bir sıra biznes obyektlərinin olduğuna dair məlumatlar yer alır. Futbolla bağlılığı olmayıb.

Elgin Həbibullayev: Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, icra başçısının müavini olub. Şəhərin sabiq başçısı Eldar Əzizovun kadrı hesab edilirdi. Belə ki, E.Həbibullayev E.Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi dövrdə onun köməkçisi olub. Əzizov 2011-ci ildə Sumqayıta icra başçısı təyin olunanda o, əvvəlcə köməkçi, sonra isə müavin vəzifəsində çalışıb. Ötən ilin sentyabrında Zakir Fərəcovun “gənclər şəhəri”nə icra başçısı təyin edilməsindən iki ay sonra öz ərizəsi ilə vəzifəsindən gedib. Eldar Əzizov Sumqayıt ŞİH-dəki komandasını hazırda rəhbərlik etdiyi Səbail RİH-ə aparsa da, nədənsə Həbibullayevə ehtiyac duymayıb. Hazırda harada işlədiyinə dair məlumat yoxdur. Futbolla bağlılığı olmayıb. Qardaşı Elmir Həbibullayev bir müddət “Bank of Baku”-nun Müşahidə Şurasının üzvü və sədri olub. Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin yaxın adamı hesab edilirdi. 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
(ardı var)

Son yazılar

To Top