Təlim-məşq toplanışını Türkiyədə davam etdirən "Sumqayıt" qardaş ölkədə bu gün yoxlama görüşü keçirəcək.
Korner.az-ın məlumatına görə, 20:00-da start götürəcək qarşılaşmada Sumqayıtın eyni adlı klubu "Kayseri Erciyespor"la qarşılaşacaq. Bu Bernard Raabın yetirmələrinin ilk sınağıdır.
"Gənclik şəhərinin" təmsilçiləri iyul ayının 26-da "Kayserispor"u sınağa çəkəcək.