“Sumqayıt”ın ilk rəqibi məlum oldu
06.01.2022 , 19:38
“Sumqayıt”ın qış təlim-məşq toplanışında ilk rəqibi bəlli olub.
Korner.az xəbər verir ki, Aleksey Baqanın komandası Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesində Macarıstan “Uypeşt”i ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 16-da gerçəkləşəcək.
12-23 yanvarda Lara bölgəsində yerləşən “Aska Resort” otelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi tolanışda daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.
