“Sumqayıt”ın ikinci sınağı
19.01.2019 , 10:27

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Ayxan Abbasovun komandası Bosniya və Herseqovinanın “Çelik” klubu ilə qarşılaşacaq. Yüksək liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd edək ki, “kimyaçılar” ilk sınaq matçında Qazaxıstan təmsilçisi “Jetısu” ilə heç-heçə edib – 1:1.
19 yanvar
Yoxlama oyunu
16:30. “Sumqayıt” (Azərbaycan) – “Çelik” (Bosniya və Herseqovina)
