“Sumqayıt” Premyer Liqanın III dövrəsi üçün hazırlığa start verir.
Korner.az-ın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda bugündən etibarən təlim-məşq toplanışının birinci mərhələsinə start verəcək.
“Sumqayıt” saat 14:00-da “Kapital Bank Arena”da yeni ildə ilk məşqinə çıxacaq. Komanda hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq 2 yoxlama oyununun tarixi məlumdu.
Komanda yanvarın 9-da saat 11:00-da doğma meydanda “Şərurspor”u qəbul edəcək. Həmin gün saat 16:00-da isə “Sumqayıt” AZAL-la səfərdə qarşılaşacaq.
