“Sumqayıt”ın hazırlıq planı məlum oldu
03.01.2022 , 16:17

“Sumqayıt” FK 3-cü dövrənin hazırlıqlarına yanvarın 5-də Sumqayıt şəhərində start verəcək.
Korner.az klubun saytına istinadən xəbər verir ki, komanda hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək.
Yanvarın 12-dən 23-dək Lara bölgəsində yerləşən oteldə məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərin kimliyi hələ dəqiqləşməyib.
