“Sumqayıt”ın futbolçusu Premyer Liqada 200-cü matçına çıxdı
27.02.2023 , 11:41

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev Misli Premyer Liqasının 24-cü turunda “Kəpəz”ə qarşı keçirilən oyunda Azərbaycan çempionatlarında ümumilikdə 200-cü oyununa çıxıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin Premyer Liqada debütü 2013/14 mövsümündə “Bakı”da gerçəkləşib.
Vüqar adıçəkilən klubda 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da isə 87 oyun keçirib. O, meydana çıxdığı 200 oyunda 2 dəfə rəqib qapılarına yol tapmağa da müvəffəq olub.
