"Sumqayıt" klubu “Qarabağ”la oyuna hazırlığını davam etdirir.
Korner.az-ın məlumatına görə, komandanın müdafiəçisi Slavik Alxasov Ağdam klubu ilə oyun barədə fikirlərini klubun rəsmi saytına bildirib:
"Komandada əhval-ruhiyyə yüksəkdir. Tam gücümüzlə məşqlərimizi davam etdiririk. Uşaqlar yalnız “Qarabağ”la oyun haqqında düşünür. Unutmayaq ki, rəqibimiz Premyer Liqanın qalibi olmağa ən real namizədlərdən biridir. Oyun bizim üçün çox çətin keçəcək. “Qarabağ” açıq-aşkar cütün favoritidir. Lakin biz də oyuna məğlub olmağa çıxmırıq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda azarkeşlərimizin dəstəyi ilə uğurlu nəticə qazana bilərik”.
Qeyd edək ki, "Sumayıt" – "Qarabağ" oyunu avqustun 19-da saat 18:00-da başlayacaq