“Sumqayıt”ın futbolçusu milliyə dəvət aldı
24.08.2023 , 13:12

“Sumqayıt”ın futbolçusu Tresor Mossi milli komandaya dəvət alıb.
Korner.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi sentyabrın 12-də Afrika Millətlər Kubokunun növbəti turunda Kamerun ilə qarşılaşacaq Burundi millisinin heyətinə cəlb olunacaq.
Mossi bu yay “Sumqayıt”la müqavilə imzalayıb. O, çempionatda 2 oyuna çıxıb.
