“Sumqayıt”ın futbolçusu milliyə çağırıldı
13.11.2023 , 15:43

“Sumqayıt”ın futbolçusu Tresor Mossi Brundi millisinə dəvət alıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində Qambiya və Qabonla matçlar üçün yığmaya çağırılıb.
Burundi millisi isə noyabrın 16-da Qambiyanı, 19-da Qabonu qəbul edəcək.
