“Sumqayıt”ın futbolçusu əməliyyat olundu
27.10.2023 , 13:46
“Sumqayıt”ın müdafiəçisi İsa Suliman əməliyyat olunub.
Korner.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının X turunun “Sabah”la oyununda (1:3) zədələnən pakistanlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub.
Türkiyənin paytaxtı Ankarada “Acıbadem” xəstəxanasında tanınmış cərrah Prof.Dr. Mehmet Serdar Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.
Artıq bu gün Sumqayıta dönəcək müdafiəçinin reabilitasiyasına burada davam ediləcək. Onun ən gec iki ay ərzində yenidən tam gücü ilə çalışmalara başlayacağı gözlənilir.