Topaz Premyer Liqasının ikinci mərhələsi üçün hazırlığını davam etdirən "Sumqayıt" “Bayıl Arena”da məşqlərini davam etdirir.
Korner.az-ın məlumatına görə, komanda bu gün baş tutan məşqin əvvəlində daha çox fiziki hazırlığın artırılması yönünüdə çalışıb.
Sonda iki tərəfli oyun keçirilib. Milli komanda ilə Dubayda təlim-məşq toplanışında olan Səlahət Ağayev və Pərdis Fərcad-Azad məşqlərə nisbətən gec qoşulacaq. Murad Ağayev isə məşq zamanı zədə aldığı üçün hazırlığı tamamlaya bilməyib.
Xatırladaq ki, "Sumqayıt" fevralın 2-də saat 12:00-da "Dalğa Arena"da "Kəpəz"lə yoxlama oyununa çıxacaq.