“Sumqayıt”ın daha iki rəqibi məlum oldu
05.01.2020 , 19:59

“Sumqayıt”ın Antalya toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı daha iki rəqibi müəyyənləşib.
Korner.az xəbər verir ki, komanda yanvarın 14-də Macarıstanın 2-ci liqa təmsilçisi “Rakotsi” ilə üz-üzə gələcək. “Sumqayıt” yanvarın 18-də isə Rumıniyanın yüksək liqasında çıxış edən “Politexnika” ilə qarşılaşacaq.
Xatırladaq ki, “Sumqayıt” hazırlıq müddətində yanvarın 21-də “Arka” (Polşa) ilə qarşılaşacağı əvvəlcədən məlum idi.
