“Sumqayıt” Almaniya klubuna məğlub oldu
19.01.2022 , 18:57

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, komanda Almaniyanın “Berliner AK” klubu ilə qarşılaşıb və 2:5 hesabı ilə mğlub olub.
“Gənclik şəhəri” təmsilçisinin qollarını 36-cı dəqiqədə Tellur Mütəllimov və 77-ci dəqiqədə Murad Xaçayev vurublar.
Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama matçında Polşa “Yagelloniya”sı ilə qolsuz bərabərə qalıb.
