21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində 9 və 14 noyabrda növbəti oyunlarını keçirəcək.
Yığmamız müvafiq olaraq, Almaniya və Kosovo milliləri ilə qarşılaşacaq.
Bu oyunlara hazırlıq məqsədilə 5-14 noyabr tarixlərində təlim-məşq toplanışı keçirəcək yığmamızın heyətində “Sumqayıt” FK-nın 4 futbolçusu – Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə və Süleyman Süleymanov da iştirak edəcək.
