“Sumqayıt”dan yeni transfer – Rəsmi
07.06.2023 , 14:55

“Sumqayıt” daha bir transfer həyata keçirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2022/23 mövsümünü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlı ilə 2 illik anlaşma əldə edilib.
Orxan Sadıqlı 2018/19 mövsümündə də “Sumqayıt” FK-nın şərəfini qoruyub (2 oyun). 30 yaşlı qapıçı karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” (Bakı) və “Zirə”də də oynayıb.
