“Sumqayıt”dan yeni transfer
08.09.2020 , 15:59

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş Hüseyn Cəfərovu heyətinə qatıb. 19 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Cəfərov yeni klubunda 15 nömrəli formada çıxış edəcək.
